ağzından inci saçmaq

bax ağzından dürr tökmək
ağzından düşməmək
ağzından köpük qusmaq
OBASTAN VİKİ
İnci
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
Ayça İnci
Ayça İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. Ayçin İnci 30 aprel 1978-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Hələ liseydə oxuduğu zamanlarda bir çox klip və reklamlarda çəkilmişdi. İstanbul şəhərində yerləşən ali məktəblərdən biri olan Müjdat Gezen Sanat Merkezi ali məktəbini bitirmişdir. O, burada 4 il müddətində kino, musiqi və teatr təhsili almışdır. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayça İncinin bacısı Ayçin İnci də aktrisadır.
Ayçin İnci
Ayçin İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. Ayçin İnci 3 may 1980-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. 1997-ci ildə İstanbulda Üsküdar liseyini bitirdi. Şahika Tekand Oyunculuk Atölyesi məzunudur. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayçin İncinin bacısı Ayça İnci də aktrisadır. Ayçin İnci 2007-ci ildə Türkiyənin məşhur aktyorlarından biri Ahmet Mümtaz Taylan ilə evlənsə də 2012-ci ildə ondan boşanmışdır. Ayçin İncinin anketi: Boyu: 172 sm Çəkisi: 56 kq Gözlərinin rəngi: açıq qəhvəyi "Evridekenin Çığlığı" "Aşk Her Yerde" - Harriet Coplant Sinematurk.com: Ayçin İnci Sinemalar.com: Ayçin inci biografisi Sinemalar.com: Ayçin İnci Filmografi Myeskisehir.com: Mor Menekşeler Dizisi Oyuncuları Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine Diziler.com: Ayçin İnci dizileri Kimdir.com: Ayçin İnci Kimdir?
Bilal İnci
Bilal İnci — Türkiyənin keçmiş tanınmış aktyorlarından biri. Onlarla kino və televiziya filmində, teleserialda və teatr tamaşasında rol almışdır. Kinofilmlərdə daha çox mənfi obrazları canlandırmışdır.
Munck İnci
Munck inci (Münci İnci) (1940-cı il, Van – 24 sentyabr, 2015-ci il, İstanbul) - Türkiyə iş adamı, vəkil. Vanda 1940-cı ildə doğulan İnci , ilk , orta və lisey təhsilini burada tamamladıqdan sonra 1958-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində təhsilinə davam etdi . 1963-cü ildə məzun olan İnci , ehtiyat subaylığını 1971-1972'de hərbi prokuror olaraq tamamladıqdan sonra İstanbulda vəkillik peşəsini davam etdirdi . Ticarət və sənaye investisiyalarına , vəkillik mesleğiyle birlikdə davam edən Munck İnci , 1991-ci ildə ilk dəfə Fırtına adlı hüquq məzmunlu jurnalı nəşr həyatına soxaraq media həyatına başladı . İnci , sonrasında qurduğu həftəlik və aylıq 10-u aşan iqtisadiyyat , xəbər məzmunlu jurnal və gündəlik bir qəzetin olduğu İntermedya nəşr kuruluşuyla media həyatında iştirak etdi .
İnci Xatun
İnci Xatun — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı. Doğum tarixi məlum deyil. Ancaq 1407-ci ildə doğulan bacısı Səlcuq Xatundan yaşca böyük olduğu bilinir. Həyatı haqqında yetərli məlumat olmayan İnci Xatun, siyasi məqsədlərlə Qaramanoğlu Ələddin Əli bəyin oğlu Nəsrəddin Mehmed bəylə evləndirilmişdir. Üstəlik Nəsrəddin Mehmed bəy Sultan Muradın qızı Nəfisə Xatunun oğlu idi. İnci Xatunun bu evlilikdən övladları olsa da, adları bilinmir. Evləndiyi əsnada Nəsrəddin Mehmed bəyin artıq 4 oğlu var idi: Mahmud, Əli, İsa və İbrahim. Ancaq xronoloji olaraq bunlardan heç biri İnci Xatundan dünyaya gəlməmişdir. Buna baxmayaraq ögey oğullarını bacılarıyla evləndirərək Osmanlı-Qaramanoğlu münasibətlərinin yaxşılaşmasında mühüm rol oynadı.
İnci xanım
İnci xanım (ö. 5 sentyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ilk xanımı. Əsli və doğum tarixi məlum deyil. Ancaq 6 yaşında kölə olaraq satın alınaraq Mehmed Əli Paşanın qızı Xədicə Nazlı xanımın xidmətinə alındığı bilinir. Uzun qızılı saçlı və mülayim xasiyyətli bu qız daha sonralar paşanın oğlu Səid Paşanın hərəminə daxil oldu. Cütlüyün övladı olmasa da, Səid Paşa ona dərin məhəbbətlə bağlı idi. Üstəlik o, Avropasayağı həyat tərzini mənimsəyən və bütün Misirdə bunu tədbiq etməyə çalışan Səid Paşanın istədiyi ideal konsort kraliça standartlarına uyğun idi. Osmanlı və Avropa dövlətlərindən gələn diplomatları və xanımlarını qarşılanma mərasimlərində iştirak etməyə başlayan İnci xanım onlara qarşı mülayim və nəzakətli davranırdı. Bu xasiyyəti ilə qısa zamanda Misirdə və bütün Avropa dövlətlərində "Səid Paşanın sevimli xanımı" olaraq tanınmağa başlandı. Onun haqqındakı bir çox məlumat da məhz onunla söhbət edib qəbulunda olan Avropalı diplomat və səyyahların xatirələrindən alınmışdır.
Qafqazyanı inci çiçәyi
İnci-i Hacıməhəmməd (Maku)
İnci-i Hacıməhəmməd (fars. اينچه حاج محمد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (8 ailə).